Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Əbu Dabi Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Yas Marina trasına ən yumşaq üçlüyü – HyperSoft, UltraSoft və SuperSoft tərkiblərini gətirəcəklər.
Trasın asfalt örtüyü kifayət qədər hamardır, amma trasın konfiqurasiyası təkərləri çox yükləyir, ona görə də təkərlərin vəziyyətinə nəzarət həlledici vəzifə olacaq, xüsusən də sürətlənmə zamanı təkərlərin izafi fırlanmasının qarşısını almaq vacibdir.
Hamar asfaltda təkərlərin yeyilməsi yüksək deyil, hətta ən yumşaq təkərlə böyük məsafə qət etmək mümkündür, ona görə də SuperSoft-dan yalnız ilk məşqlərdə istifadə olunacaq. Keçən il sürücülər yarışı bir pit-stopla başa vurmuşdular.
Bu dəfə komandaların seçimi təxminən bərabər olub, sadəcə Renault sürücüləri rəqiblərinə nisbətən daha az HyperSoft sifariş ediblər….
Əbu Dabi Qran Prisi üçün təkər seçimi
Sürücü | Komanda | SuperSoft | UltraSoft | HyperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 2 | 3 | 8 |
Valtteri Bottas | Mercedes AMG | 2 | 3 | 8 |
Sebastyen Fettel | Ferrari | 3 | 2 | 8 |
Kimi Rəykkönen | Ferrari | 3 | 2 | 8 |
Daniel Rikkardo | Red Bull | 2 | 3 | 8 |
Maks Ferstappen | Red Bull | 2 | 3 | 8 |
Serxio Peres | Racing Point | 2 | 2 | 9 |
Esteban Okon | Racing Point | 2 | 2 | 9 |
Ləns Stroll | Williams | 1 | 2 | 10 |
Sergey Sirotkin | Williams | 2 | 1 | 10 |
Karlos Sayns | Renault | 2 | 4 | 7 |
Niko Hülkenberq | Renault | 1 | 5 | 7 |
Pyer Qasli | Toro Rosso | 1 | 2 | 10 |
Brendon Hartli | Toro Rosso | 2 | 1 | 10 |
Roman Qrojan | Haas | 2 | 3 | 8 |
Kevin Maqnussen | Haas | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 2 | 2 | 9 |
Stoffel Vandorn | McLaren | 2 | 2 | 9 |
Markus Eriksson | Sauber | 1 | 4 | 8 |
Şarl Lekler | Sauber | 2 | 3 | 8 |