Pirelli Çin yarışına sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Çin Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il Şanxayda Soft və Medium tərkiblərindən istifadə olunmuşdu – bu il bu tərkiblərdən biri yarış üçün məcburi elan olunub. Sıralanma turu üçün əsas təkər SuperSoft tərkibi elan olunub.

Keçən il komandaların  çoxlu iki pit-stoplu strategiya seçmişdi. Builki mövsümün ənənələrini nəzərə alsaq, komandalardan 3 pit-stop gözləmək olar.

Ferrari və Mercedes AMG komandaları yenə də fərqli seçim ediblər, amma ən riskli seçimi Felipe Massa və Roman Qrojan ediblər – cəmi bir dəst Medium sifariş veriblər.

Sürücü Komanda Medium Soft SuperSoft
L.Həmilton Mercedes AMG 4 4 5
N.Rosberq Mercedes AMG 3 5 5
S.Fettel Ferrari 3 4 6
K.Rəykkönen Ferrari 3 4 6
V.Bottas Williams 2 4 7
F.Massa Williams 1 5 7
D.Rikkardo Red Bull 2 5 6
D.Kvyat Red Bull 2 5 6
K.Maqnussen Renault 2 5 6
C.Palmer Renault 3 4 6
N.Hülkenberq Force İndia 2 5 6
S.Peres Force İndia 2 5 6
M.Ferstappen Toro Rosso 3 5 5
K.Sayns Toro Rosso 2 6 5
F.Alonso McLaren 2 4 7
C.Batton McLaren 2 4 7
M.Eriksson Sauber 5 4 4
F.Nasr Sauber 5 4 5
P.Verlyayn Manor 4 5 4
R.Haryanto Manor 4 5 4
R.Qrojan Haas 1 5 7
E.Qutyerres Haas 2 4 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*