Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Çin Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, bu il italyanlar yumşaqlığına görə 5 fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlə markalanacaqlar. Şanxayda isə sürücülərin ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri olacaq.
Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, tərkiblərin dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında dəyişir…