Bu ilin sonunda Pirelli şirkətinin Formula1 ilə müqaviləsi başa çatır. Pirelli Motorsport-un başçısı Pol Hembri bildirib ki, şirkətin direktorlar şurası şirkətin 2014-cü ildə Formula1-də iştirakına ilkin razılığını verib…
Pol Hembri: “Biz idmanda uzun müddət qalmaq istəyirik, çünki yatırılmış sərmayədən ancaq bu yolla mənfəət əldə etmək olur. Biz bütün komandalardan üzvülk haqqı alırıq və şirkətin hər bir bölümü kimi mütəmadi olaraq direktorlar şurasına hesabat veririk. Hesabatda izah edirik ki, Formula1-də iştirakımızdan hansı iqtisadi mənfəət əldə olunur. Trasda yerləşdirilmiş reklamlar çox effektivdir. Bunun sayəsində bizim brendimiz gözə çarpır, amma biz bazar iqtisadiyyatında vəziyyətin dəyişməsindən sığortalanmamışıq. Bizim şirkət qlobal biznes aparır və başqa bazarlarda hansısa problemlər başlayanda, biz problemləri kompensə etməliyik.
Avtoidmanda iştirak edən iri şirkətlər ciddi qərarlar qəbul edirlər və bu qərarlar həmişə iqtisadi cəhətdən özünü doğrultmalıdır. Beləliklə, əgər siz nəyisə düzgün etməsəniz, onda sonra bu səhvin əziyyətini çəkməli olacaqsınız. Biz avtoistehsalçılardan fərqlənmirik, onlar da çempionata gəlirlər və gedirlər. Biz cari mövqeyimizi Formula1-də saxlamağa çalışırıq, amma müəyyən hüdudlar var ki, biz kənara çıxa bilmirik.
Bizim əlimizdə direktorlar şurasının Formula1-də iştirakımızı davam etdirmək barədə ilkin razılığı var. Aydındır ki, razılıq müəyyən şərtlərə əsaslanır. Əgər bizim şərtlər yerinə yetirilərsə, bu isə promouetrlərdən və komandalardan asılıdır, onda biz çempionatda iştirakmızı davam etdirəcəyik. Əgər bizim iştirakımızın dəyəri dəyişərsə və ya sərmayənin səviyyəsi artarsa, onda, çox güman ki, fərqli qərar qəbul olunacaq.”