Mario İzola: “Təkər testlərinin nəticələrindən asılı olaraq, biz yeni tərkib barədə qərar verəcəyik. Hazırda 5 tərkib var və fikrimizcə, biz bu sayı 6-ya çatdıra bilərik. Biz tərkiblər barədə fikirlərimizi FİA-ya bildirəndə, adətən, müsbət cavab alırıq. Çünki onların imtina etmələrinin bir mənası yoxdur. Noyabrın sonuna qədər bu barədə qəti qərar qəbul etməliyik”.
Qeyd edək ki, italyan şirkət çempionat üçün 5 növ slik – Hard, Medium, Soft, SuperSoft və UltraSoft tərkibləri hazırlayır. Bunlardan əlavə, nəm tras üçün yağış və keçid təkərləri də nəzərdə tutulub…