Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar bu ilk dəfə olaraq Silverstouna Hard, Medium və Soft üçlüyünü gətirəcəklərini bildirmişdilər. Üstünlük həmişə olduğu kimi, yenə həftəsonunun ən yumşaq tərkibinə verilib. Renault və Toro Rosso sürücüləri Soft təkərlərdən hətta 10 dəst sifariş edblər.
Sürücü | Komanda | Hard | Medium | Soft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 4 | 8 |
Valtteri Bottas | Mercedes AMG | 2 | 3 | 8 |
Sebastyen Fettel | Ferrari | 1 | 4 | 8 |
Kimi Rəykkönen | Ferrari | 1 | 4 | 8 |
Daniel Rikkardo | Red Bull | 2 | 3 | 8 |
Maks Ferstappen | Red Bull | 2 | 4 | 7 |
Serxio Peres | Force İndia | 1 | 3 | 9 |
Esteban Okon | Force İndia | 1 | 3 | 9 |
Ləns Stroll | Williams | 1 | 3 | 9 |
Sergey Sirotkin | Williams | 2 | 2 | 9 |
Karlos Sayns | Renault | 1 | 2 | 10 |
Niko Hülkenberq | Renault | 2 | 1 | 10 |
Pyer Qasli | Toro Rosso | 1 | 2 | 10 |
Brendon Hartli | Toro Rosso | 1 | 2 | 10 |
Roman Qrojan | Haas | 1 | 3 | 9 |
Kevin Maqnussen | Haas | 1 | 3 | 9 |
Fernando Alonso | McLaren | 1 | 4 | 8 |
Stoffel Vandorn | McLaren | 1 | 4 | 8 |
Markus Eriksson | Sauber | 1 | 3 | 9 |
Şarl Lekler | Sauber | 1 | 3 | 9 |