Pirelli Britaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

Xatırladaq ki, təchizatçı Britaniyaya ən sərt üçlüyü gətirməyi planlaşdırırdı. Lakin İspaniya Qran Prisindən sonra sürücülərin kəskin tənqidlərinə görə qərarını yenidən nəzərdən keçirmiş və Silverstoundakı yarışa Medium, Soft və SuperSoft tərkibləri gətirəcəyini elan etmişdi.

Mercedes AMG sürücülərinin seçimi bu dəfə də fərqli olub. Ferrari sürücüləri isə əsas rəqibləri ilə müqayisədə ən yumşaq tərkibə daha çox üstünlük veriblər. Sonda qeyd edək ki, Medium və Soft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

Sürücü Komanda Medium Soft  SuperSoft
Lyuis Həmilton Mercedes AMG 1 6 6
Valtteri Bottas Mercedes AMG 2 5 6
Daniel Rikkardo Red Bull 1 4 8
Maks Ferstappen Red Bull 1 4 8
Sebastyan Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 1 3 9
Serxio Peres Force İndia 2 4 7
Esteban Okon Force İndia 2 4 7
Felipe Massa Williams 1 5 7
Ləns Stroll Williams 1 5 7
Fernando Alonso McLaren 1 2 10
Stoffel Vandorn McLaren 1 2 10
Karlos Sayns Toro Rosso 1 3 9
Daniil Kvyat Toro Rosso 1 2 10
Roman Qrojan Haas 2 4 7
Kevin Maqnussen Haas 1 5 7
Niko Hülkenberq Renault 1 4 8
Colion Palmer Renault 1 4 8
Markus Eriksson Sauber 1 5 7
Paskal Verlyayn Sauber 1 5 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*