Pirelli Britaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Böyük Britaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli ən bərk üçlüyünü Hard, Medium və Soft tərkiblərini gətirəcək. Bu il eyni üçlük yalnız Barselonada istifadə olunmuşdu. Komandaları gözlənildiyi kimi yumşaq təkərlərə üstünlük veriblər.

Sürücü Komanda Hard Medium Soft
Lyuis Həmilton Mercedes AMG 1 5 7
Niko Rosberq Mercedes AMG 1 5 7
Sebastyan Fettel Ferrari 2 3 8
Kimi Rəykkönen Ferrari 2 3 8
Valtteri Bottas Williams 1 5 7
Felipe Massa Williams 1 5 7
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Niko Hülkenberq Force İndia 3 4 6
Serxio Peres Force İndia 3 4 6
Kevin Maqnussen Renault 1 5 7
Colion Palmer Renault 1 5 7
Daniil Kvyat Toro Rosso 2 3 8
Karlos Sayns Toro Rosso 2 3 8
Fernando Alonso McLaren 1 3 9
Censon Batton McLaren 1 3 9
Markus Eriksson Sauber 1 5 7
Felipe Nasr Sauber 1 5 7
Paskal Verlyayn Manor 1 5 7
Rio Haryanto Manor 2 4 7
Roman Qrojan Haas 2 4 7
Esteban Qutyerres Haas 1 5 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*