Pirelli Braziliya və Əbu Dabi Qran Priləri üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün son iki Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, builki reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur.

İnterlaqosun cod asfaltında komandalar ən bərk üçlüklə – Hard, Medium və Soft tərkibləri ilə yarışacaqlar, yarış zamanı hər bir sürücü Hard və Medium tərkiblərindən hər hansı birindən istifadə etməlidirlər.

Süni Yas adasında keçirilən mövsümün son yarışında isə komandalar ən yumşaq üçlüklə – Soft, SuperSoft və UltraSoft tərkibləri ilə yarışacaqlar, yarış zamanı isə hər bir sürücü mütləq Soft və SuperSoft tərkiblərindən hər hansı birində istifadə etməli olacaqlar.

Beləliklə, Pirelli cari mövsümün bütün yarışlarına təkər seçimini elan edib, indi bütün resursları gələn ilin yeni təkərlərinin test edilməsinə yönəltmək olar…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Çin Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi SuperSoft Soft Medium
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Avropa Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Böyük Britaniya Qran Prisi Soft Medium Hard
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Almaniya Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi SuperSoft Soft Medium
İtaliya Qran Prisi SupeSoft Soft Medium
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
Malayziya Qran Prisi Soft Medium Hard
Yaponiya Qran Prisi Soft Medium Hard
ABŞ Qran Prisi SuperSoft Soft Medium
Meksika Qran Prisi SuperSoft Soft Medium
Braziliya Qran Prisi Soft Medium Hard
Əbu Dabi Qran Prisi UltraSoft SuperSoft Soft
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*