Pirelli Braziliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Braziliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar İnterlaqos trasına bərk üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcəklər.

Bu dəfə də dəstlərin bölgüsü daha bərabərsaylı alınıb – sürücülərdən heç biri ən bərk tərkibdən 2 dəstdən çox sifariş etməyib və praktiki olaraq hamısı 8-9 dəst ən yumşaq tərkib istəyiblər. Yenə də McLaren sürücüləri istisna olublar – onların ixtiyarında 7 dəst SuperSoft olacaq…

Braziliya Qran Prisi üçün təkər seçimi

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 1 3 9
Valtteri Bottas Mercedes AMG 2 2 9
Sebastyen Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 2 3 8
Daniel Rikkardo Red Bull 1 3 9
Maks Ferstappen Red Bull 1 3 9
Serxio Peres Racing Point 1 4 8
Esteban Okon Racing Point 1 4 8
Ləns Stroll Williams 2 2 9
Sergey Sirotkin Williams 1 3 9
Karlos Sayns Renault 1 4 8
Niko Hülkenberq Renault 2 3 8
Pyer Qasli Toro Rosso 2 3 8
Brendon Hartli Toro Rosso 1 4 8
Roman Qrojan Haas 1 3 9
Kevin Maqnussen Haas 2 2 9
Fernando Alonso McLaren 2 4 7
Stoffel Vandorn McLaren 2 4 7
Markus Eriksson Sauber 2 2 9
Şarl Lekler Sauber 1 3 9
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*