Pirelli Braziliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Braziliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar İnterlaqosa ən bərk üçlüyü – Hard, Medium və Soft tərkiblərini gətirəcəklər. Hard və Medium tərkibləri məcburi elan olunduğu üçün hər bir sürücü yarışa bu tərkiblərdən ən azı bir dəst saxlamalıdır və onlardan birində trasa çıxmalıdır.

Keçən il Braziliyada Medium və Soft tərkibləri istifadə olunmuşdu, indi bu tərkiblərə Hard əlavə olunub və onu yalnız Kimi Rəykkönen, Niko Hülkenberq, Serxio Peres və Esteban Qutyerres 2 dəst seçiblər, digər sürücülər məcburu bir dəstlə kifayətləniblər…

Sürücü Komanda Hard Medium Soft
Lyuis Həmilton Mercedes AMG 1 4 8
Niko Rosberq Mercedes AMG 1 4 8
Sebastyan Fettel Ferrari 1 5 7
Kimi Rəykkönen Ferrari 2 4 7
Valtteri Bottas Williams 1 3 9
Felipe Massa Williams 1 3 9
Daniel Rikkardo Red Bull 1 5 7
Maks Ferstappen Red Bull 1 5 7
Niko Hülkenberq Force İndia 2 3 8
Serxio Peres Force İndia 2 3 8
Kevin Maqnussen Renault 1 4 8
Colion Palmer Renault 1 4 8
Daniil Kvyat Toro Rosso 1 4 8
Karlos Sayns Toro Rosso 1 4 8
Fernando Alonso McLaren 1 4 8
Censon Batton McLaren 1 4 8
Markus Eriksson Sauber 1 5 7
Felipe Nasr Sauber 1 5 7
Paskal Verlyayn Manor 1 4 8
Esteban Okon Manor 1 4 8
Roman Qrojan Haas 1 5 7
Esteban Qutyerres Haas 2 4 7
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*