Pirelli Braziliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Meksika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli İnterlaqosdakı yarışa orta üçlüyü gətirəcəyini elan etmişdi. Bu tərkiblər cari mövsümdə indiyə qədər Azərbaycan Qran Prisi də daxil olmaqla, 9 yarışa gətirilib. Red Bull komandası sürücülərinin seçimi fərqlənən yeganə komandadır. Williams və Renault sürücüləri isə SuperSoft təkərlərdən 10 dəst sifariş ediblər.

Sonda qeyd edək ki, Medium və Soft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 1 4 8
Valtteri Bottas Mercedes AMG 1 4 8
Daniel Rikkardo Red Bull 1 4 8
Maks Ferstappen Red Bull 1 3 9
Sebastyan Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 1 3 9
Serxio Peres Force İndia 1 4 8
Esteban Okon Force İndia 1 4 8
Felipe Massa Williams 1 2 10
Ləns Stroll Williams 1 2 10
Fernando Alonso McLaren 1 3 9
Stoffel Vandorn McLaren 1 3 9
Brendon Hartli Toro Rosso 1 4 8
Pyer Qasli Toro Rosso 1 4 8
Roman Qrojan Haas 1 4 8
Kevin Maqnussen Haas 1 4 8
Niko Hülkenberq Renault 1 2 10
Karlos Sayns Renault 1 2 10
Paskal Verlyayn Sauber 1 3 9
Markus Eriksson Sauber 1 3 9
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*