Pirelli bərk tərkibin xarakteristikasını yaxşılaşdıracaq

Pirelli şirkəti əldə etdiyi nailiyyətlərlə kifayətlənmək fikrində deyil, hərçənd, mövsümün ilk üç yarışı yeni təkərlər sayəsində çox baxımlı alınıb. İstehsalçılar […]

Pirelli şirkəti əldə etdiyi nailiyyətlərlə kifayətlənmək fikrində deyil, hərçənd, mövsümün ilk üç yarışı yeni təkərlər sayəsində çox baxımlı alınıb. İstehsalçılar araxada qalan yarışların təcrübəsini təhlil edərək, lazımi nəticə çıxaracaqlar, bundan sonra bəzi tərkiblərə müəyyən dəyişikliklər edilə bilər…

Pol Hembri: “Hər şey asfalt örtüyünün vəziyyətindən və növündən asılı olaraq yarışdan yarışa, trasdan trasa dəyişəcək. Növbəti yarış İstanbulda baş tutacaq, bu trasda təkərlərə xüsusi yüklənmə düşür – bəlkə də təkər istehsalçısı üçün bu ən mürəkkəb yarışdır və bu yarış üçün xüsusi taktika hazırlamaq lazım gələcək. Hələlik hamı bizə minnətdarlıq edir ki, yarışlar çox maraqlı keçir və əgər biz bu cür davam etsək, bizi əla mövsüm gözləyəcək.

Hesab edirəm ki, Türkiyədə təkərlərin yeyilmə səviyyəsi Sepanqda olduğu kimi olacaq, çünki asflt örtüyü də çox coddur. İspaniyadan sonra isə bizi Monte Karlo və Kanada gözləyir, bu traslarda biz artıq SuperSoft və Soft tərkiblərindən istifadə edəcəyik.”

Hembrinin sözlərinə görə, əgər yaxşılaçma tələb edən konkret aspekt varsa, bu, bərk təkərlərin yeyilməsini bir qədər azaltmaqdır. Son iki yarış göstərib ki, komandalar yumşaq təkərlərdən daha çox istifadə edirlər, çünki onlar bərk təkərlərlə müqayisədə elə də tez yeyilmirlər, amma sürət fərqi kəskin dərəcədə böyük olur.

Pol Hembri: “Çox güman ki, biz bərk tərkib üzərində işimizi davam etdirəcəyik ki, yeyilməsini bir qədər azaldaq. Son yarışlarda bizə aydın oldu ki, onun davamlılığını daha 4-5 dövrə uzaltmalıyıq – xüsusən də cod asfalt örtüyündə bu vacib olacaq. Biz istəməyirik ki, bütün komandalar eyni taktiki gedişdən istifadə etsinlər.”

Türkiyədə Pirelli-nin mütəxəssisləri yeni növ bərk tərkibli təkərləri sınayacaq və ya İspaniyada, ya da Silverstounda komandalara verəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*