F-1.az xatırladır ki, builki reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur. Belçika və Yaponiya yarışlarını 6 həftə ayırdığı üçün hər iki yarışa təkər seçimi bu gün bəyan olunub.
Avqustun sonunda yay tətilindən dərhal sonra baş tutacaq Belçika Qran Prisinə Pirelli orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Cari mövsümdə ən çox istifadə olunan üçlük Spa yarışı üçün sürpriz ola bilər – Ardenn dağlarında təkərlərin yeyilmə səviyyəsi yüksək olur və SuperSoft tərkibinin resursu çox az olacaq. Medium və Soft tərkiblərinin hər hansı birindən ən azı bir dəst yarışın gedişində istifadə olunmalıdır.
Yaponiya Qran Prisinə gəlincə, Suzuka trası təkərlərə qarşı daha tələbkardır, ona görə də Pirelli ən bərk üçlüyünü – Hard, Medium və Soft tərkiblərini gətirəcək. Məhz buna görə də yarışın gedişində Hard tərkibinin istifadəsi məcburi elan olunub.
Mərhələ / Tərkiblər | UltraSoft | SuperSoft | Soft | Medium | Hard |
Markalanma rəngi | Bənövşəyi | Qırmızı | Sarı | Ağ | Narıncı |
Avstraliya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Bəhreyn Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Çin Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Rusiya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
İspaniya Qran Prisi | Soft | Medium | Hard | ||
Monako Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Kanada Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Avropa Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Avstriya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Böyük Britaniya Qran Prisi | Soft | Medium | Hard | ||
Macarıstan Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Almaniya Qran Prisi | SuperSoft | Soft | Medium | ||
Belçika Qran Prisi | SuperSoft | Soft | Medium | ||
İtaliya Qran Prisi | hələ elan olunmayıb | ||||
Sinqapur Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Malayziya Qran Prisi | Soft | Medium | Hard | ||
Yaponiya | Soft | Medium | Hard |