Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Belçika Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, avqustun sonunda baş tutacaq yarışa Pirelli orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Komandalar mövsümdə artıq 8-ci dəfə bu üçlükdən istifadə edəcəklər.
Sürücülərin seçimlərinə baxdıqda, medium təkərlərin əvvəlki yarışlarla müqayisədə daha çox sifariş verildiyini görürük. Mercedes AMG sürücülərinin seçiminin bir qədər fərqli olması da diqqətdən yayınmır…
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 3 | 6 | 4 |
Niko Rosberq | Mercedes AMG | 4 | 5 | 4 |
Sebastyan Fettel | Ferrari | 1 | 5 | 7 |
Kimi Rəykkönen | Ferrari | 1 | 5 | 7 |
Valtteri Bottas | Williams | 3 | 3 | 7 |
Felipe Massa | Williams | 3 | 3 | 7 |
Daniel Rikkardo | Red Bull | 4 | 3 | 6 |
Maks Ferstappen | Red Bull | 4 | 3 | 6 |
Niko Hülkenberq | Force İndia | 3 | 4 | 6 |
Serxio Peres | Force İndia | 3 | 4 | 6 |
Kevin Maqnussen | Renault | 3 | 3 | 7 |
Colion Palmer | Renault | 3 | 3 | 7 |
Daniil Kvyat | Toro Rosso | 2 | 4 | 7 |
Karlos Sayns | Toro Rosso | 2 | 4 | 7 |
Fernando Alonso | McLaren | 3 | 4 | 6 |
Censon Batton | McLaren | 3 | 4 | 6 |
Markus Eriksson | Sauber | 1 | 5 | 7 |
Felipe Nasr | Sauber | 1 | 5 | 7 |
Paskal Verlyayn | Manor | 4 | 4 | 5 |
Rio Haryanto | Manor | 4 | 4 | 5 |
Roman Qrojan | Haas | 2 | 4 | 7 |
Esteban Qutyerres | Haas | 1 | 5 | 7 |