Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Bəhreyn Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, keçən il Saxirdə Soft və Medium tərkiblərindən istifadə olunmuşdu – məhz bu tərkiblər qarşıdakı yarışda məcburi tərkib elan olunublar, bu il onlara əlavə olunan SuperSoft tərkibi isə sıralanma turunda məcburidir.
Avstraliya Qran Prisinin böyük hissəsini Medium-la keçirən keçirən Mercedes AMG pilotları bu tərkibdən hərəyə bir dəst sifariş veriblər. Pirelli Ferrari pilotlarının hərəsi üçün isə 3 dəst Medium tərkib gətirəcək. Görünür, Fettel və Rəykkönen sərbəst yürüşlərdə Medium tərkiblə işləyəcəklər…
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
L.Həmilton | Mercedes AMG | 1 | 6 | 6 |
N.Rosberq | Mercedes AMG | 1 | 6 | 6 |
S.Fettel | Ferrari | 3 | 4 | 6 |
K.Rəykkönen | Ferrari | 3 | 4 | 6 |
V.Bottas | Williams | 3 | 3 | 7 |
F.Massa | Williams | 3 | 3 | 7 |
D.Rikkardo | Red Bull | 2 | 5 | 6 |
D.Kvyat | Red Bull | 2 | 5 | 6 |
K.Maqnussen | Renault | 1 | 5 | 7 |
C.Palmer | Renault | 1 | 5 | 7 |
N.Hülkenberq | Force İndia | 2 | 5 | 6 |
S.Peres | Force İndia | 2 | 5 | 6 |
M.Ferstappen | Toro Rosso | 1 | 7 | 5 |
K.Sayns | Toro Rosso | 2 | 6 | 5 |
F.Alonso | McLaren | 3 | 4 | 6 |
C.Batton | McLaren | 3 | 4 | 6 |
M.Eriksson | Sauber | 3 | 5 | 5 |
F.Nasr | Sauber | 4 | 4 | 5 |
P.Verlyayn | Manor | 4 | 5 | 4 |
R.Haryanto | Manor | 4 | 5 | 4 |
R.Qrojan | Haas | 2 | 4 | 7 |
E.Qutyerres | Haas | 1 | 5 | 7 |