Pirelli Bəhreyn Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Bəhreyn Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar bu il də yumşaqlığına görə 5  fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlə markalanacaqlar. Saxir trasında isə sürücülərin ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri olacaq.

Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, tərkiblərin dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında dəyişir. Fettel və Elbon praktiki olaraq eyni sayda Medium və Soft dəstləri sifariş ediblər…

Bəhreyn Qran Prisi üçün sürücülərin təkər seçimi

Pirelli Selected sets, Bahrain Grand Prix

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*