Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Bəhreyn Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, bu il italyanlar yumşaqlığına görə 5 fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlər markalanacaqlar. Bəhreyndə isə sürücülərin ixtiyarında bərk üçlük – C1, C2 və C3 tərkibləri olacaq, amma keçən il Pirelli Saxir trasına daha yumşaq tərkibləri gətirmişdi (Medium, Soft və SuperSoft).
Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, bərk tərkiblər dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında da dəyişir…