Pirelli Bakı, Mayami və İmolaya gətirəcəyi tərkibləri açıqlayıb

Çempionatın yeganə təkrə təchizatçısı Pirelli şirkəti mövsümün növbəti üç mərhələsinə - Azərbaycan Qran Prisi, Mayami Qran Prisi və Emiliya Romanya Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xəbər verir ki, Bakıda keçiriləcək dördüncü mərhələdə komandalar mövsümdə ilk dəfə olaraq üç ən yumşaq tərkiblərdən – C3, C4 və C5-dən istifad edəcəklər. Məhz bu tərkiblər İmolada – çempionatın altıncı mərhələsində də onların ixtiyarında olacaq.

Mayami Qran Prisində italyan təkər istehsalçısı mövsümün ən populyar üçlüyünü – C2, C3 və C4-ü gətirəcək.

Pirelli xüsusi olaraq İmolada yeni sıralanma turu formatının test ediləcəyini vurğulayıb – hər sessiyada yalnız bir tərkibdən istifadə etmək mümkün olacaq. Birinci sessiyada bütün sürücülər Hard, ikincidə Medium, üçüncüdə isə Soft tərkibindən istifadə etmək tələb olunur. Bu format hər bir sürücü üçün standart 13 təkər dəsti əvəzinə 11 dəst təkər gətirməyə imkan verəcək. Mövsüm ərzində bu təsnifat formatı ilə daha bir həftəsonu keçirilməsi planlaşdırılır.

Bundan əlavə, İmolada komandalar termoçexollara ehtiyacı olmayan yeni keçid və yağış təkərlərini də alacaqlar.

2023-cü il mövsümündə təkər tərkibləri

Qran Pri / Tərkiblər С0 С1 С2 С3 С4 C5
Bəhreyn Hard Medium Soft
Səudiyyə Ərəbistan Hard Medium Soft
Avstraliya Hard Medium Soft
Azərbaycan Hard Medium Soft
Mayami Hard Medium Soft
Emiliya Romanya Hard Medium Soft

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*