F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.
Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.
Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.
Keçən ildən bütün həftəsonlarına gətirilən tərkiblər eyni cür adlanır və eyni rənglərlə markalanır: Hard (ağ), Medium (sarı) və Soft (qırmızı). Faktiki olaraq tərkiblərin sayı 5-ə endirilib: ən bərk tərkib C1 indeksi alıb, ən yumşaq isə C5 adlandırılıb. Hər bir həftəsonuna Pirelli hər il odluğu kimi 3 tərkibi seçir.
Bu dəfə də Bakıya təkər istehsalçısı orta üçlüyü – С2, С3 və С4 tərkiblərini gətirəcək.
Mərhələ / Tərkiblər | Hard | Medium | Soft |
Markalanma rəngi | Ağ | Sarı | Qırmızı |
Avstraliya Qran Prisi | C2 (Medium) | C3 (Soft) | C4 (UltraSoft) |
Bəhreyn Qran Prisi | C2 (Medium) | C3 (Soft) | C4 (UltraSoft) |
Vyetnam Qran Prisi | C2 (Medium) | C3 (Soft) | C4 (UltraSoft) |
Çin Qran Prisi | C2 (Medium) | C3 (Soft) | C4 (UltraSoft) |
Hollandiya Qran Prisi | elan olunmayıb | ||
İspaniya Qran Prisi | elan olunmayıb | ||
Monako Qran Prisi | elan olunmayıb | ||
Azərbaycan Qran Prisi | C2 (Medium) | C3 (Soft) | C4 (UltraSoft) |