Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Azərbaycan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az hələ bu ilin əvvəlində italyan təkər təchizatçısının Bakıya Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcəyini xəbər vermişdi. Qeyd edək ki, ölkəmizdə əvvəlki yarışlarla müqayisədə təkər tərkibləri xeyli “yumşalıb”, builki tərkiblərin xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, Bakı Şəhər Halqasında yeni sürət rekorduna şahidlik edəcəyik.
Gözlənildiyi kimi, sürücülər həftəsonunun ən yumşaq tərkibinə üstünlük veriblər və Soft təkərlərdən 1-2 dəst seçiblər. Lakin Ferrari sürücülərinin 10 dəst ən yumşaq tərkibdən seçməsi yarışda maraqlı strategiyadan xəbər verir…
Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
Lyuis Həmilton | Mercedes AMG | 2 | 2 | 9 |
Valtteri Bottas | Mercedes AMG | 1 | 3 | 9 |
Sebastyen Fettel | Ferrari | 1 | 2 | 10 |
Kimi Rəykkönen | Ferrari | 2 | 1 | 10 |
Daniel Rikkardo | Red Bull | 2 | 3 | 8 |
Maks Ferstappen | Red Bull | 2 | 3 | 8 |
Serxio Peres | Force İndia | 2 | 2 | 9 |
Esteban Okon | Force İndia | 2 | 2 | 9 |
Ləns Stroll | Williams | 1 | 4 | 8 |
Sergey Sirotkin | Williams | 2 | 3 | 8 |
Karlos Sayns | Renault | 2 | 4 | 7 |
Niko Hülkenberq | Renault | 2 | 4 | 7 |
Pyer Qasli | Toro Rosso | 2 | 4 | 7 |
Brendon Hartli | Toro Rosso | 1 | 5 | 7 |
Roman Qrojan | Haas | 2 | 3 | 8 |
Kevin Maqnussen | Haas | 2 | 3 | 8 |
Fernando Alonso | McLaren | 1 | 3 | 9 |
Stoffel Vandorn | McLaren | 1 | 2 | 10 |
Markus Eriksson | Sauber | 2 | 1 | 10 |
Şarl Lekler | Sauber | 1 | 2 | 10 |