Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Azərbaycan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Bakıya orta üçlüyü – Medium, Soft və SuperSoft təkərləri gətirəcəklərini elan etmişdilər. Kanadadakı yarışdan fərqli olaraq, bu dəfə Mercedes AMG və Ferrari komandalarının sürücülərinin seçimləri eyni olub. Sürücüləri müxtəlif seçimlər edən komandalar isə Williams və Sauber-dir. Sonda qeyd edək ki, bərk tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 4 | 8 |
Valtteri Bottas | Mercedes AMG | 1 | 4 | 8 |
Daniel Rikkardo | Red Bull | 2 | 3 | 8 |
Maks Ferstappen | Red Bull | 2 | 3 | 8 |
Sebastyan Fettel | Ferrari | 1 | 4 | 8 |
Kimi Rəykkönen | Ferrari | 1 | 4 | 8 |
Serxio Peres | Force İndia | 1 | 3 | 9 |
Esteban Okon | Force İndia | 1 | 3 | 9 |
Felipe Massa | Williams | 2 | 3 | 8 |
Ləns Stroll | Williams | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 1 | 2 | 10 |
Stoffel Vandorn | McLaren | 1 | 2 | 10 |
Karlos Sayns | Toro Rosso | 1 | 3 | 9 |
Daniil Kvyat | Toro Rosso | 1 | 3 | 9 |
Roman Qrojan | Haas | 1 | 4 | 8 |
Kevin Maqnussen | Haas | 1 | 4 | 8 |
Niko Hülkenberq | Renault | 1 | 4 | 8 |
Colion Palmer | Renault | 1 | 4 | 8 |
Markus Eriksson | Sauber | 2 | 3 | 8 |
Paskal Verlyayn | Sauber | 1 | 3 | 9 |