Pirelli Avstriya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Avstriya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il burada komandalar Soft və SuperSoft tərkiblərindən istifadə etmişdilər. Pirelli yeni təkər tərkibi olan UltraSoft-u Monako və Kanadadan sonra bura da gətirir. Dərc olunmuş siyahıda komandaların UltraSoft tərkibə üstünlük verdikləri görünür.

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 2 3 8
Niko Rosberq Mercedes AMG 1 4 8
Sebastyan Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 1 3 9
Valtteri Bottas Williams 1 5 7
Felipe Massa Williams 2 4 7
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Niko Hülkenberq Force İndia 3 3 7
Serxio Peres Force İndia 3 3 7
Kevin Maqnussen Renault 2 2 9
Colion Palmer Renault 1 3 9
Daniil Kvyat Toro Rosso 2 4 7
Karlos Sayns Toro Rosso 2 4 7
Fernando Alonso McLaren 3 3 7
Censon Batton McLaren 3 3 7
Markus Eriksson Sauber 2 4 7
Felipe Nasr Sauber 3 3 7
Paskal Verlyayn Manor 1 4 8
Rio Haryanto Manor 1 4 8
Roman Qrojan Haas 2 5 6
Esteban Qutyerres Haas 3 4 6
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*