F-1.az xatırladır ki, son reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur.
Pirelli Melburna ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft təkərləri gətirəcək. Yarışın gedişində Soft və SuperSoft tərkibləri məcburi elan olunduğu üçün onlardan ən azı bir dəst sifariş verilməli və hər hansı birindən istifadə edilməlidir. Bundan başqa, sıralanma turunun son sessiyasına çıxan sürücülər bir dəst ən yumşaq tərkibə qənaət etməlidirlər. Onlar sıralanma turundan sonra həmin dəsti Pirelli-yə qaytarmalıdırlar. Qalan sürücülər isə ondan yarışda istifadə edə bilərlər. Xatırlada ki, təchizatçı keçən il Melburna UltraSoft əvəzinə Medium təkərləri gətirmişdi.
Çinə isə orta üçlük – Medium, Soft və SuperSoft tərkiblər aparılacaq: ilk iki tərkib məcburi elan edilib. Pirelli Çin Qran Prisi üçün keçən il də eyni tərkibləri seçmişdi…
Mərhələ / Tərkiblər | UltraSoft | SuperSoft | Soft | Medium | Hard |
Markalanma rəngi | Bənövşəyi | Qırmızı | Sarı | Ağ | Narıncı |
Avstraliya Qran Prisi | UltraSoft | SuperSoft | Soft | ||
Çin Qran Prisi | SuperSoft | Soft | Medium |