Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Avropa Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az bildirir ki, Pirelli ölkəmizdə keçiriləcək ilk yarış üçün Medium, Soft və SuperSoft tərkiblərini gətirəcəyini bəyan etmişdi. Yeni təkər dəsti olan və şəhər traslarında keçirilən yarışlara gətiriləcəyi bildirilən UltraSoft təkərlər Bakıya gətirilməyəcək. Artıq sürücülərin hansı tərkibdən nə qədər sifariş etdiyi açıqlanıb.
Maraqlıdır ki, sürücülər üstünlüyü ən yumşaq təkərlərə veriblər, bərk təkərlərdən isə 1-2 dəst seçiblər.
Sürücü | Komanda | Medium | Soft | SupeSoft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 4 | 8 |
Niko Rosberq | Mercedes AMG | 2 | 3 | 8 |
Sebastyan Fettel | Ferrari | 1 | 5 | 7 |
Kimi Rəykkönen | Ferrari | 1 | 5 | 7 |
Valtteri Bottas | Williams | 2 | 4 | 7 |
Felipe Massa | Williams | 1 | 5 | 7 |
Daniel Rikkardo | Red Bull | 1 | 4 | 8 |
Maks Ferstappen | Red Bull | 1 | 4 | 8 |
Niko Hülkenberq | Force İndia | 2 | 4 | 7 |
Serxio Peres | Force İndia | 2 | 4 | 7 |
Kevin Maqnussen | Renault | 1 | 4 | 8 |
Colion Palmer | Renault | 1 | 4 | 8 |
Daniil Kvyat | Toro Rosso | 1 | 4 | 8 |
Karlos Sayns | Toro Rosso | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 1 | 5 | 7 |
Censon Batton | McLaren | 1 | 5 | 7 |
Markus Eriksson | Sauber | 2 | 5 | 6 |
Felipe Nasr | Sauber | 1 | 6 | 6 |
Paskal Verlyayn | Manor | 2 | 4 | 7 |
Rio Haryanto | Manor | 2 | 4 | 7 |
Roman Qrojan | Haas | 2 | 3 | 8 |
Esteban Qutyerres | Haas | 1 | 4 | 8 |