Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Almaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Komandalar mövsümdə artıq 7-ci dəfə bu üçlükdən istifadə edəcəklər. Maraqlıdır ki, bütün sürücülər Medium təkərdən 1 dəst sifariş edərkən, Force İndia-nın sürücüləri 3 dəst sifariş ediblər, Ferrari isə liderlər arasında ən çox yumşaq təkər dəsti sifariş edib.
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 1 | 4 | 8 |
Niko Rosberq | Mercedes AMG | 1 | 4 | 8 |
Sebastyan Fettel | Ferrari | 1 | 3 | 9 |
Kimi Rəykkönen | Ferrari | 1 | 3 | 9 |
Valtteri Bottas | Williams | 1 | 5 | 7 |
Felipe Massa | Williams | 1 | 5 | 7 |
Daniel Rikkardo | Red Bull | 1 | 4 | 8 |
Maks Ferstappen | Red Bull | 1 | 4 | 8 |
Niko Hülkenberq | Force İndia | 3 | 4 | 6 |
Serxio Peres | Force İndia | 3 | 4 | 6 |
Kevin Maqnussen | Renault | 1 | 5 | 7 |
Colion Palmer | Renault | 1 | 5 | 7 |
Daniil Kvyat | Toro Rosso | 1 | 4 | 8 |
Karlos Sayns | Toro Rosso | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 1 | 3 | 9 |
Censon Batton | McLaren | 1 | 3 | 9 |
Markus Eriksson | Sauber | 1 | 3 | 9 |
Felipe Nasr | Sauber | 1 | 3 | 9 |
Paskal Verlyayn | Manor | 1 | 4 | 8 |
Rio Haryanto | Manor | 1 | 4 | 8 |
Roman Qrojan | Haas | 1 | 5 | 7 |
Esteban Qutyerres | Haas | 1 | 5 | 7 |