Pirelli Abu Dabi testlərinə yekun vurub

Pirelli şirkəti qarşıdakı mövsümdə Formula1-ə qayıdışı çərçivəsində testlərini başa vurub. Bu həftə təkər istehsalçıları Abu Dabidə süni sulanmış Yas Marina […]

Pirelli şirkəti qarşıdakı mövsümdə Formula1-ə qayıdışı çərçivəsində testlərini başa vurub. Bu həftə təkər istehsalçıları Abu Dabidə süni sulanmış Yas Marina trassında yağış təkərlərini yoxlayıb – Toyota TF109-un sükanı arxasında bu dəfə ispaniyalı Pedro de la Rosa işləyib.

Testlər axşam saat altıdan gecə yarısına qədər davam edib, iki gün ərzində Pedro 800 km məsafə qət edib – birinci gün yağış təkərlər, ikinci gün isə keçid təkərlər yoxlanıb, ümumilikdə trasa 140 min litr su tökülüb.

Pedro de la Rosa: “Mənim fikrimcə, Pirelli artıq Formula1-ə hazırdır. Nəm tras üçün hər iki təkər tərkibi – həm yağış, həm də keçid təkərlər yaxşı təəssürat doğurur. Asfaltda suyun səviyyəsi eyni qalırdı və biz təkərin işinə düzgün qiymət verə bilirdik.”

Pol Hembri: “Abu Dabi testləri pozitiv keçdi, əla trasdır və həm Pedro, həm də bizim komanda gərgin işlədik. Biz fəxr edirik ki, tarixə düşə bildik – axı biz Formula1-də gecə vaxtı nəm trasa çıxan ilk komanda olduq. Düzdür, biz hələ çox şey öyrənməliyik, amma əminəm ki, iki həftə sonra başlayacaq rəsmi mövsümöncəsi testlərin startına biz əla formada çıxacayıq.”

Qeyd edək ki, avqust ayından başlayan testlərdə bu günə qədər Pirelli təkərləri 20 min kilometr məsafə qət ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*