Pirelli ABŞ Qran Prisi üçün təkər seçimini elan edib

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün 16 Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlamışdı. Bu gün isə ABŞ-da baş tutacaq yarış üçün təkər seçimi elan edilib.

F-1.az xəbər verir ki, Ostinə ən yumşaq üçlük – Soft, SuperSoft və UltraSoft tərkibləri gətiriləcək. Qeyd edək ki, Pirelli keçən il ABŞ-a Medium, Soft və SuperSoft tərkibləri gətirmişdi. Sürücülərin əksəriyyəti yarışda iki pit-stop etmişdi.

Soft və SuperSoft tərkiblər yarış üçün məcburi elan ediliblər, yəni onların hər birindən ən azı bir dəst sifariş olunmalı, yarışın gedişində isə birindən mütləq istifadə olunmalıdır.

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft
İspaniya Qran Prisi Soft Medium Hard
Monako Qran Prisi UltraSoft SuperSoft Soft
Kanada Qran Prisi UltraSoft SuperSoft Soft
Azərbaycan Qran Prisi SuperSoft Soft Medium
Avstriya Qran Prisi UltraSoft SuperSoft Soft
Britaniya Qran Prisi SuperSoft Soft Medium
Macarıstan Qran Prisi SuperSoft Soft Medium
Belçika Qran Prisi UltraSoft SuperSoft Soft
İtaliya Qran Prisi SuperSoft Soft Medium
Sinqapur Qran Prisi UltraSoft SuperSoft Soft
Malayziya Qran Prisi SuperSoft Soft Medium
Yaponiya Qran Prisi SuperSoft Soft Medium
ABŞ Qran Prisi UltraSoft SuperSoft Soft

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*