Pirelli ABŞ Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün ABŞ Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Ostin trasına orta üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcəklər. Bu üçlük mövsümdə artıq dörd dəfə – Avstraliyada, Azərbaycanda, Fransada və Avstriyada istifadə olunub.

Tərkiblərin yumşaqlığına baxmayaraq, sürücülərin seçimi əvvəlki üç yarışdakı seçimi xatırladır – Mercedes sürücüləri yenə də 7 dəst ən yumşaq tərkibdən alacaqlar. Racing Point, Williams və Sauber-in sürücüləri daha yumşaq tərkibə üstünlük veriblər.

Ən maraqlı seçim isə yenə də McLaren komandasına məxsusdur – komanda sanki növbəti sessiyaya keçməyi düşünmür və gələn ilin maşını üzərində işləməyi planlaşdırır…

ABŞ Qran Prisi üçün təkər seçimi

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 3 3 7
Valtteri Bottas Mercedes AMG 3 3 7
Sebastyen Fettel Ferrari 2 3 8
Kimi Rəykkönen Ferrari 3 3 7
Daniel Rikkardo Red Bull 3 4 6
Maks Ferstappen Red Bull 3 4 6
Serxio Peres Racing Point 2 2 9
Esteban Okon Racing Point 2 2 9
Ləns Stroll Williams 2 2 9
Sergey Sirotkin Williams 1 3 9
Karlos Sayns Renault 2 3 8
Niko Hülkenberq Renault 3 2 8
Pyer Qasli Toro Rosso 1 5 7
Brendon Hartli Toro Rosso 2 4 7
Roman Qrojan Haas 1 4 8
Kevin Maqnussen Haas 2 3 8
Fernando Alonso McLaren 6 2 5
Stoffel Vandorn McLaren 5 3 5
Markus Eriksson Sauber 2 2 9
Şarl Lekler Sauber 1 3 9
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*