Pirelli ABŞ Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün ABŞ Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, Pirelli Ostin avtodromuna mövsümdə 8-ci dəfə ən yumşaq üçlüyü gətirəcəyini elan etmişdi. Sürücülər gözlənildiyi kimi, ən yumşaq tərkibə üstünlük veriblər. Soft təkərləri 2 dəstdən çox sifariş edən cəmi iki sürücü var – Həmilton və Verlyayn. Çempionatın lideri yaxşı nəticələri ilə yadda qaldığı Ostində, deyəsən, fərqli taktika ilə çıxış etməyi düşünür. Ferrari, Williams, McLaren və Haas komandalarının sürücülərinin seçimləri də fərqli olub…

Sonda qeyd edək ki, Soft və SuperSoft tərkiblərin hər hansı birindən yarışın gedişində mütləq istifadə olunmalıdır.

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 3 3 7
Valtteri Bottas Mercedes AMG 2 4 7
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Sebastyan Fettel Ferrari 2 4 7
Kimi Rəykkönen Ferrari 1 5 7
Serxio Peres Force İndia 2 3 8
Esteban Okon Force İndia 2 3 8
Felipe Massa Williams 2 2 9
Ləns Stroll Williams 1 3 9
Fernando Alonso McLaren 2 2 9
Stoffel Vandorn McLaren 1 3 9
Daniil Kvyat Toro Rosso 2 3 8
Pyer Qasli Toro Rosso 2 3 8
Roman Qrojan Haas 1 5 7
Kevin Maqnussen Haas 2 4 7
Niko Hülkenberq Renault 2 3 8
Karlos Sayns Renault 2 3 8
Paskal Verlyayn Sauber 3 3 7
Markus Eriksson Sauber 2 4 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*