Pirelli ABŞ Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli ABŞ Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli mövsümdə ən çox istifadə olunan orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək. Həmişə olduğu kimi, Soft və ya SuperSoft tərkiblərindən hər hansı biri yarışın gedişində mütləq istifadə olunmalıdır.

Maraqlıdır ki, Ferrari və Sauber sürücüləri ilə birlikdə Roman Qrojan da cəmi bir dəst Medium sifariş verib, bu sürücülərin hamısı Ferrari motorlarından istifadə edirlər…

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 3 4 6
Niko Rosberq Mercedes AMG 2 5 6
Sebastyan Fettel Ferrari 1 5 7
Kimi Rəykkönen Ferrari 1 5 7
Valtteri Bottas Williams 2 4 7
Felipe Massa Williams 3 3 7
Daniel Rikkardo Red Bull 4 3 6
Maks Ferstappen Red Bull 4 3 6
Niko Hülkenberq Force İndia 3 3 7
Serxio Peres Force İndia 3 2 8
Kevin Maqnussen Renault 4 3 6
Colion Palmer Renault 5 2 6
Daniil Kvyat Toro Rosso 3 3 7
Karlos Sayns Toro Rosso 3 3 7
Fernando Alonso McLaren 3 4 6
Censon Batton McLaren 3 4 6
Markus Eriksson Sauber 1 5 7
Felipe Nasr Sauber 1 5 7
Paskal Verlyayn Manor 3 5 5
Esteban Okon Manor 3 5 5
Roman Qrojan Haas 1 5 7
Esteban Qutyerres Haas 2 4 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*