Pirelli 2024-cü il üçün termal örtüyü olmayan təkərləri sınaqdan keçirib

Çərşənbə axşamı və çərşənbə günləri Barselonada Pirelli təkərçiləri Mercedes və Ferrari ilə birlikdə 2024-cü il mövsümü üçün termal örtüklərdə əvvəlcədən qızdırılmadan istifadə edilə bilən təkərləri sınaqdan keçiriblər.

F-1.az xəbər verir ki, iki gündə komandalar ümumilkdə 617 dövrə vura biliblər: Şarl Lekler – 167 dövrə, Mik Şumaxer – 152 dövrə, Corc Rassell – 151 dövrə və Karlos Sayns – 147 dövrə. Ən yaxşı nəticəni Ferrari sürücüləri göstəriblər – çərşənbə axşamı Şarl Lekler dövrəni 1:18.197 saniyəyə, çərşənbə günü Karlos Sayns 1:16.638 saniyəyə qət edib. Corc Rassell və Mik Şumaxer müvafiq olaraq 1:18.400 saniyə və 1:18.974 saniyə nəticə göstəriblər.

Pirelli yarış bölməsinin rəhbəri Mario İzola İspaniya trasındakı işi belə yekunlaşdırıb: “Biz gələn il üçün ən yaxşı həlləri seçməyimizə kömək edəcək çoxlu məlumat toplamışıq, iki gün çox vacib sınaqlar keçirdik. Konstruksiya baxımından bizdə dəqiqləşdirməli bəzi detallar qalıb və bu sınaqlar zamanı əsas diqqət tərkiblərlə, xüsusən də 2024-cü ildə orta xətti təşkil edəcək tərkiblərlə işləməyə yönəldilib.

Təkərlə bütün işlər termal örtüklərin köməyi ilə əvvəlcədən qızdırılmadan baş verdi. Bu prosesdə biz maraqlı həlləri sınaqdan keçirdik və indi Britaniya Qran Prisindən sonra Silverstounda keçiriləcək növbəti sınaqdan əvvəl toplanmış bütün məlumatları təhlil edəcəyik.

Daha sonra biz ayların işini yekunlaşdıracağıq və FİA, Formula1 və komandalara bütün mövcud məlumatlardan istifadə edərək ən yaxşı qərarlar qəbul etməyə kömək edəcək tam mənzərəni təqdim edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*