Pirelli 2020-ci il mövsümü üçün təkər istehsalını dayandırıb

2020-ci il mövsümünün nə vaxt başlayacağı və neçə yarışdan ibarət olacağı hələ bilinmir, buna görə də Pirelli şirkəti təkər istehsalını dayandırıb.

F-1.az Pirelli-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il üçün indiyə qədər hazırlanmış təkərlər bir neçə yarışa çatar, əgər mövsümə start verilərsə, onda bir müddət sonra təkər istehsalı da canlanacaq…

Mario İzola, Pirelli Motorsport-un başçısı: “Avstraliya Qran Prisinin ləğvindən sonra, demək olar ki, 2000 təkər atmalı olduq. Əvvəlcə disklərə quraşdırılmış, sonra isə disklərdən çıxarılmış təkərləri yenidən istifadə etmək təhlükəlidir.

Növbəti yarışın nə vaxt və harada keçiriləcəyini hələ bilmirik, buna görə də təkər istehsalını dayandırdıq. Bu günə qədər istehsal olunmuş təkərlərimiz etibarlı şəkildə saxlanıla və sonra istifadə edilə bilər.

Əvvəlcədən Bəhreynə və Vyetnama göndərilən təkərlər isə istiliyə nəzarət cihazı olan konteynerlərdədir və onların saxlanılmasında heç bir problem yoxdur…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*