Mario İzola: “FİA və FOM bizdən təkərlərin sadəcə üç terminlə – Hard, Medium və Soft adlandırılmasını istəyir. Bu, gələn il mümkün olacaq. Ehtimal olunur ki, gələn il hər yarışa eyni adlı və eyni rəngli təkərlər aparılmalıdı. Lakin tərkiblər eyni ola bilməz. Biz Monako və Silverstouna eyni tərkibləri apara bilmərik.
Sadəcə üç ad və 3 rəngdən istifadə etmək düşünülür. Tərkiblər istənilən sayda ola bilər. Onları fərqləndirmək üçün, məsələn, A, B, C, D kimi hərflərdən istifadə edə bilərik. Bu yanaşma azarkeşlərin işini asanlaşdıra bilər. Biz bu barədə ətraflı texniki məlumatları verməyə davam edəcəyik.
Hələ qərar qəbul edilməyib, müzakirələr davam edir. Biz bildirmişik ki, belə dəyişikliklərin mümkünlüyünü təhlil etməyə hazırıq. Çünki istehsal prossesində, logistikada yenidənqurma işləri aparılmalıdır və biz bunları dəqiq hesablamalıyıq. Lakin mümkündür, çünki tərkiblər dəyişməyəcək və rəngləri yenidən seçmək və markalamaq elə də böyük problem deyil.
FİA çox güman ki, reqlamentdə dəyişiklər etməyə məcbur olacaq. Məsələ hələ sual altındadır. Gələn il ilk yarışda yeni markalanmaya keçid imkanlarını təhlil etmək olar. Müzakirələr hələ davam edəcək. Reqlamentdə dəyişikliklərə ehtiyac olub-olmayacağına da baxılacaq. Düşünürəm ki, böyük çətinliklər olmamalıdır”.