Pirelli-yə gələnilki yağış və keçid təkərlərinin prototiplərinin yoxlanılmasında Red Bull komandası kömək edib. Pol Rikar trasında baş tutan testlər çox səmərəli olub – Maks Ferstappen 136, Daniel Rikkardo isə 121 dövrə vurub. Digər statistik məlumatlar isə verilməyib.
Əvvəldən müəyyən olunmuş proqrama əsasən, növbəti testlər iyunun sonunda baş tutacaq – Red Bull komandası Pol Rikarda bu dəfə gələn il üçün nəzərdə tutulmuş sliklərin protoriplərini yoxlayacaq.
F-1.az Pirelli-nin builki test proqramını bir daha nəzərinizə çatdırır.
Tarix | Gün | Tras | Komanda | Test edilən təkər |
18-19 aprel | 1 | Saxir | Ferrari (1 gün) | Quru |
16-17 may | 4 | Katalunya | Renault (2 gün) + Toro Rosso (2 gün) | Quru |
31 may – 1 iyun | 2 | Pol Rikar | Red Bull (2 gün) | Yağış |
29-30 iyun | 2 | Pol Rikar | Red Bull (2 gün) | Quru |
18-19 iyul | 4 | Silverstoun | Williams (2 gün) + Haas (2 gün) | Quru |
19-20 iyul | 2 | Manyi Kur | McLaren (2 gün) | Yağış |
1-2 avqust | 1 | Hunqarorinq | Mercedes (1 gün) | Quru |
3-4 avqust | 2 | Katalunya | Ferrari (2 gün) | Quru |
7-8 sentyabr | 2 | Pol Rikar | Mercedes (2 gün) | Quru |
31 oktyabr – 1 noyabr | 3 | Rodriges qardaşları | Sauber (2 gün) + Force İndia (1 gün) | Quru |
14-15 noyabr | 2 | İnterlaqos | McLaren (2 gün) | Quru |