Pirelli 2017-ci ildə maşınların 4-5 saniyə sürətlənəcəyini düşünür

Formula1 ilə müqaviləsini 2019-cu ilə qədər uzadan təkər təchizatçısı Pirelli gələn il yeni reqlamentə görə daha enli təkərlər istehsal edəcək.

F-1.az xəbər verir ki, bu barədə Pirelli-nin rəhbəri Marko Tronketti  La Gazette dello Sport-a müsahibəsində deyib: “Gələn il maşınların dövrə başına 4-5 saniyə sürətlənməsini gözləyirik. Bu, həm yeni dəyişikliklərin, həm də təkərlərin hesabına olacaq. Təkcə təkərlərin hesabına 2,5 saniyə sürətlənmənin olacağını düşünürəm”.

O, həm də, builki mübarizə barədə danışıb: “Mövsüm sürprizlərlə doludur. Renault motorlarının inkişafı hesabına Red Bull da qələbə uğrunda mübarizə apara biləcək səviyyəyə çatdı. Ferrari bir qədər geridədir və ümid edirəm ki, onlar da aradakı fərqi bağlaya bilərlər”.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*