Pirelli 2017-ci il mövsümü üçün hazırladığı təkərlərin test qrafikini dərc edib

Biz artıq xəbər vermişdik ki, 2017-ci il təkərlərinin ilk testini Pirelli avqust ayında keçirəcək. Şirkət Fyorano trasında gələnilki reqlamentə adaptasiya olunmuş keçənilki SF15 T şassisində Ferrari komandası ilə işləyəcək.

Bu gün isə F-1.az-a Pirelli-nin mətbuat xidmətindən göndərilən relizdə mövsümün sonuna qədər olan bütün testlərdə iş qrafiki dərc olunub – Fyoranodan başqa testlər Mucello, Pol Rikar, Barselona və Əbu Dabidə baş tutacaq. Testlərdə üç komanda – Ferrari, Mercedes AMG və Red Bull iştirak edəcək.

Tarix Tras Komanda Təkər
1-2 avqust Fyorano Ferrari Yağış
3-4 avqust Mucello Red Bull Slik
6-7 sentyabr Barselona Ferrari Slik
6-8 sentyabr Pil Rikar Mercedes AMG Slik
21-22 sentyabr Pol Rikar Mercedes AMG Yağış
12-13 oktyabr Barselona Mercedes AMG Slik
14-16 oktyabr Əbu Dabi Red Bull Slik
2-3 noyabr Əbu Dabi Red Bull Slik
14-16 noyabr Əbu Dabi Ferrari Yağış
29 noyabr Əbu Dabi 3 komanda Son versiya
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*