Pirelli 2 pit-stop gözləyir

Dəyişən hava komandalara və təkər təchizatçısına yarışın strategiyası barədə düşünüb qərar qəbul etməyə imkan verməyib.

F-1.az xəbər verir ki, buna baxmayaraq, termal örtüklərdə əvvəlcədən isitmə tələb etməyən yeni yağış təkərlərinin işi haqqında məlumat toplamaq mümkün olub.

Mario İzola: “Proqnoz yalan olmadı – şənbə günü tras yağışa məruz qaldı, bu da bizə həm keçid təkərlərin, həm də Monakoda artıq sınaqdan keçirdiyimiz yeni yağış təkərlərinin işini qiymətləndirməyə imkan verdi.

Aralıq təkərlər hələ də çox geniş diapazona malikdir – onlar ilk seansda hətta demək olar ki, quru asfaltda da səmərəli işlədilər. Əvvəlcədən qızdırılmayan yeni yağış təkərləri temperaturun idarə edilməsi ilə bağlı heç bir problem olmadan çox yaxşı performans göstərdi. Bazar günü hava quru olmalıdır, amma aydındır ki, yağan yağışlar trasdan işlənmiş rezin qatını yuyub aparıb.

Strategiyadan danışsaq, çox güman ki, iki pit-stop olacaq – Medium-da start və sonra iki dəfə Soft təkərlər. İkinci onluqda başlayanlar üçün Hard-la başlayaraq Medium-a keçid daha çevik bir variantdır –  təhlükəsizlik avtomobilinin çıxma ehtimalının yüksək olduğu yarış vəziyyətinə ideal cavab vermək üçün uyğun ola bilər”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*