Pirelli 2 pit-stop gözləyir

Pirelli bugünkü yarışda iki pit-stop gözləyir - əgər yağış yağmasa, böyük ehtimalla belə olacaq.

F-1.az xəbər verir ki, təkər istehsalçısı ilk onluqdan başlayan sürücülər üçün Soft – Hard – Hard kombinasiyasını məsləhət görür. İlk pit-stop 13-18-ci dövrələr arasında baş tutmalıdır.

İkinci onluqdan başlayan sürücülərin isə Hard – Hard – Soft ardıcıllığından istifadə etmələri məqbul sayılır. Bu halda ilk pit-stoplar 37-43-cü dövrələrə təsadüf etməlidir.

Daha bir variant isə Soft – Hard – Soft variantıdır – sürücülər əvvəlcə 15-20-ci dövrələr arasında, sonra isə 46-51-ci dövrələr arasında təkərlərini dəyişməlidirlər.

Mario İzola: “Bu gün sürprizlərlə dolu maraqlı sıralanma turu gördük. İlk seansda qısa, lakin güclü yağış yağdı, sonra tras tez qurudu. Yağış təkcə təsnifat mərhələsinin əvvəlində deyil, həm də ondan əvvəl üçüncü məşqdə və Formula2 yarışı zamanı yağdı – sonda trasda yol tutuşu azaldı Ən azı on sürücünün dövrəvi nəticəsi proqnozlaşdırdığımız poul dərəcəsindən sürətli olub.

İlk altı yeri altı müxtəlif komandanın sürücülərinin tutması bu trasda bir sürücü və bir maşının aşkar favorit olmasına baxmayaraq, mübarizənin intensivliyindən xəbər verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*