F-1.az xəbər verir ki, dünən keçirilən mətbuat konfransından sürücülərdən bu traslardan hansını üstün tutduqları soruşulub.
Lando Norris: “Mənim seçimim aydındır. Anam belçikalıdır, özüm də 50% flamandiyalıyam. Spadakı yarış da mənim üçün Silverstoundakı kimi ev yarışıdır. Belçika ilə məni əlaqələndirən çox şey var, uşaqlığımı ailəmlə bilrikdə orada keçirmişəm”.
Şarl Lekler: “Trasın xarakteristikasına görə Spanı seçəcəyəm, orada yarışmaq daha maraqlıdır, amma məni də Fransa ilə əlaqələndirən şeylər var. Buradan cəmi 1 saatlıq məsafədə kartinqlə məşğul olmağa başlamışam”.
Sebastyan Fettel: “Spanı seçərəm, bu, itirmək istəmədiyim heyrətamiz trasdır. Aydındır ki, Pol Rikar ondan az maraqlıdır. Düşünürəm ki, bir çox sürücü buranı bəyənmir, amma burada çoxlu azarkeş kütləsi olur. 2020-də bura gəlmədik, amma 2019-da yarışdan əvvəl azarkeşlərin Fransa himnini necə oxuduqlarını çox yaxşı xatırlayıram. Atmosfer möhtəşəm idi”.
Pyer Qasli: “Mənim fikrim qərəzli ola bilər, fransız sürücüdən nəyi çox bəyəndiyini soruşursuz – ölkəsindəki yarışı, yoxsa Bekçika Qran Prisini. Mən Fransanı sevirəm, öz ölkəmdə, azarkeşlərimin önündə yarışmaq istəyirəm və hər zaman bu Qran Prini hamıdan çox dəstəkləyəcəm. Digər tərəfdən, Spa təqvimdə ən çox sevdiyim trasdır. Uşaq vaxtı yarışlara baxmaq üçün demək olar ki, hər il ora gedirdim. Fransa mənim üçün prioritetdir, amma Spanı itirmək kədərli olar”.
Fernando Alonso: “Fransa ilə güclü əlaqələrim var. Renault ilə çempion oldum, Monakoda yaşayıram. Mənim üçün Pol Rikara gəlmək daha rahatdır, ona görə də, Fransanı seçəcəyəm.
Lyuis Həmilton: “Düzünü desəm, mənim üçün heç bir fərqi yoxdur. Spanın böyük tarixi var, əvvəllər çox tamaşaçı gəlirdi. İndi trasda yenilənmələr edilib, yəqin ki, yarış daha da yaxşı olacaq. Siz dünyanın gözəl bir küncündəki 2 möhtəşəm tras arasında seçim təklif edirsiz. Cavabım yoxdur”.
Serxio Peres: “Hər iki tras əladır. Ola bilsin ki, onlar bir-birini əvəz etsinlər – yarış bir il Fransada, növbəti il isə Belçikada olsun. Hər ikisi unikaldır. Amma Spanı itirsək, çox məyus olaram”.
Mik Şumaxer: “Bu siyahıya Almaniya Qran Prisini də əlavə edərdim. Bəli, Spa evimə Pol Rikardan daha yaxındır. Seçməli olsaydım, Spanı seçərdim, amma təqvimdə Nordşlyefi (Şimal İlməsi) də görmək istərdim”.