F-1.az xatırladır ki, ölkə parlamentinin 3 üzvü və insan haqları təşkilatının nümayəndəsi tərəfindən Nelsona qarşı ittihamlar irəli sürülmüşdü.
Səkkiz ay sonra məlum olub ki, Braziliya prokurorluğu bu ittihamlarla razılaşıb və çox güman ki, indi üçqat dünya çempionu rəsmi üzr istəməli, həmçinin dəymiş mənəvi ziyana görə külli miqdarda cərimə ödəməli olacaq. Məbləği avro ilə ifadə etsək, 2 milyon avroya yaxın olur.
Braziliyanın O Globo qəzetinin yazdığı kimi, Pikenin ictimai xadim sayılması cərimənin ölçüsünə təsir edib və bu, ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Keçmiş sürücünün işi üzrə hökmün açıqlanacağı məhkəmə iclası yaxın həftələrdə baş tutacaq”.