F-1.az bildirir ki, Keçmiş Formula1 sürücüsü, üçqat dünya çempionu israr edib ki, onun sözləri portuqal dilindən tərcümə olunarkən təhrif edilib və məhkəmənin qərarı ilə razılaşmayıb. Pikenin vəkilləri apellyasiya şikayəti veriblər, lakin yuxarı məhkəmə cəriməni qüvvədə saxlayıb.
Xatırladaq ki, bir müddət əvvəl Nelson Lyuis Həmiltona qarşı irqçilik və homofobiya elementlərini ehtiva edən açıq bəyanatlarla çıxış etmiş, cari ilin mart ayında da buna görə məhkəmə tərəfindən 5 milyon Braziliya realı (953 min dollardan çox) məbləğində cərimələnmişdi. Braziliyalı sabiq dünya çempionunun vəkillərinin həmin vaxt da eyni etirazı bir nəticə verməmişdi.
Braziliyanın O Globo qəzetinin yazdığına görə, Pikenin ictimai xadim sayılması cərimənin ölçüsünə təsir edib və bu, ağırlaşdırıcı hal kimi qiymətləndirilib.