F-1.az bildirir ki, Nelson Lyuisə qarşı irqçilik və homofobiya elementlərini ehtiva edən açıq bəyanatlarına görə 5 milyon Braziliya realı (953 min dollardan çox) məbləğində cərimə ödəməli olacaq.
Bu, Braziliya məhkəməsinin cümə günü elan etdiyi hökmdür. 70 yaşlı keçmiş Formula1 sürücüsünün vəkilləri müdafiələrini onun sözlərinin portuqal dilindən tərcümə olunarkən təhrif edildiyinə əsaslandırıblar.
Bununla belə, hakim Pedro Matos de Arrudo Braziliya prokurorlarının əvvəllər irəli sürdüyü mənəvi zərər ittihamlarını təsdiqləyib.