Piastri və Palou Macarıstanda testlərdə işləyiblər

Bu həftə McLaren komandası iyulun sonunda Dünya Çempionatının 11-ci mərhələsinə ev sahibliyi edəcək Macarıstanın Hunqarorinq trasında üçgünlük fərdi testlər keçirir.

F-1.az xəbər verir ki, testlərdə müxtəlif statuslarda olan üç McLaren sürücüsü iştirak edir: Oskar Piastri Formula1-də əsas komandanın üzvüdür, Aleks Palou onun ehtiyat sürücüsüdür, lakin, eyni zamanda Chip Ganassi Racing komadnasında Amerikanın İndyCar seriyasında yarışır, özü də hazırda şəxsi hesabda liderdir.

Avstraliyalı sürücü 2021-ci ilin MCL35M maşınını çərşənbə günü sınaqdan keçirib, dünən Palou sükan arxasında onu əvəz edib və bu gün uzun illər Vokinqdən olan komanda ilə işləyən test sürücülərindən biri 36 yaşlı Oliver Törvi trasa çıxıb.

McLaren-də testlərin gedişi ilə bağlı heç bir təfərrüat verilmir, məsələn, ispaniyalı sürücünün dünən keçirdiyi test günü barədə sosial şəbəkələrdə sadəcə qısa bir şərh verilib: “Formula1 bolidi sürmək imkanı əldə edən şəxsin üzündə təbəssüm. Budapeştdə əla iş, Aleks Palou!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*