Piastri: Stella mənim uğuruma mühüm töhfə verir

Formula1-də Oskar Piastrinin ikinci mövsümü çox uğurla davam edir, gənc avstraliyalı artıq qələbə hesabını açıb, Macarıstan Qran Prisini qazanıb və 14 mərhələdən sonra fərdi hesabda 4-cü yeri tutur.

F-1.az xəbər verir ki, eyni zamanda, o, ilk üçlüyü tamamlayan Şarl Leklerə cəmi 10 xal uduzur, buna görə də vəziyyət hələ dəyişə bilər.

Oskar vurğulayıb ki, yüksək nəticələr əldə etməsinə McLaren-də, ilk növbədə komanda rəhbəri Andrea Stelladan aldığı dəstək kömək edir.

“Andrea McLaren-in uğuruna və mənim Formula1-dəki uğuruma mühüm töhfə verir, – deyə Piastri Avstraliya nəşri Speedcafe-yə istinadən bildirib. İlk növbədə ona zəngin təcrübəsi kömək edir, çünki o əvvəllər yarışlar və çempionatlar qazanan komandada işləyib. O, bunun necə edildiyini bilir, amma məncə, daha vacib olan onun təbii liderlik istedadıdır və bu əladır. Belə bir komanda rəhbəri ilə işləmək çox xoşdur.

Həmçinin Zek Braunla (McLaren Racing-in icraçı direktoru) da əla münasibətlərim var. Əlbəttə, onun vəzifəsi komandada yaxşı mütəxəssislərin işləməsini, McLaren-in komandanı maliyyələşdirməyə kömək edən, eyni zamanda texnoloji əməkdaşlıq hesabına daha yüksək nəticələr əldə etməyə kömək edən yaxşı iş ortaqlarının olmasını təmin etməkdir.

Andrea və Zek çox fərqli insanlardır, amma düşünürəm ki, onlar bir-birini yaxşı tarazlaşdırırlar.”

Avqustun əvvəlində McLaren Andrea Stella ilə çoxillik müqavilənin uzadıldığını elan etdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*