Piastri Fransada McLaren maşınını test edib

Oskar Piastri keçən həftə Le Kastelledə Pol Rikar trasında McLaren-i test edib - Fransanın Auto Hebdo nəşrinə görə, çərşənbə və cümə axşamı avstraliyalı sürücü keçənilki MCL35M maşınını şəxsi sınaqların bir hissəsi olaraq trasa çıxarıb.

F-1.az xəbər verir ki, rəsmi olaraq, Piastri yalnız gələn il Lando Norrisin yeni komanda yoldaşı olacaq, lakin o, artıq Vokinqdə yerləşən komandasının yaratdığı texnikanı mənimsəməyə başlayıb. Çərşənbə günü o, trasın qısaldılmış, 3.6 kilometrlik variantında işləyib, cümə axşamı isə Fransa Qran Prisinin keçirildiyi tam konfiqurasiyada çalışmasına yağış da mane ola bilməyib.

Qeyd edək ki, McLaren bu testlər barədə rəsmi məlumat verməyib, baxmayaraq ki, keçənilki maşını Aleks Palou və ya Pato O Vard idarə edərkən bu barədə bəzi məlumatları mediaya bildirmişdi.

Bu o deməkdirmi ki, Oskar artıq Alpine komandası qarşısında öhdəliklərdən azaddır? Xatırladaq ki, Piastrinin McLaren-ə keçidi kifayət qədər qalmaqallı bir vəziyyətlə müşayiət olunmuşdu və bu, yalnız müqavilələrin tanınması üçün FİA-nın müqavilə şurasının müdaxiləsindən sonra həll edilmişdi.

Auto Hedbo-ya görə, Le Kastelledə Piastri artıq McLaren-in kombinezonunda olub, lakin onun üzərində sponsor loqotipləri olmayıb. Göründüyü kimi, komandalar arasında müəyyən razılaşmalar əldə olunub, lakin nəşrin vəziyyəti şərh etmək istəyinə Alpine komandası heç bir cavab verməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*