F-1.az xatırladır ki, avstraliyalı debütant hələ aşağı seriyalarda yarışarkən Barselonada qələbə qazanıb…
Oskar Piastri: “Şadam ki, F1-də birinci Monako Qran Prisini ilk onluqda bitirmişəm. Bu, bir sıra ikili yarışlara başlamaq üçün əla yoldur və həftəsonu mən çox şey öyrəndim.
Barselonanın əla trası var, ona görə də qayıtdığım üçün şadam. Mən artıq keçmişdə bu trasda yarışmışam və Formula3-də burada sprintdə qalib gəlmişəm. İlk dəfə dəyişdirilmiş trasda sürmək mənim üçün maraqlıdır. Yeni konfiqurasiya yarışı daha maraqlı etməlidir və ümid edirəm ki, iki maşınla yenidən xal qazana bilərik”.