F-1.az bildirir ki, komandanı Toni Çarouz idarə edəcək və komandanın adı PHM Racing by Charouz olacaq.
Qeyd edək ki, PHM 2021-ci ildə Pol H. Muller tərəfindən qurulub və 2022-ci ildə BƏƏ Formula4 Çempionatında, ADAC F4 və İtaliya F4 çempionatlarında çıxış edib və hər üç çempionatı üçlükdə bitirib.
Pol Muller: “Formula3 və Formula2-yə qatılmaqda əsas məqsədimiz gənclər üçün hazırladığımız proqramı təkmilləşdirməkdir. Sürücülər üçün onları kartinqdən Formula1-ə aparan komanda təqdim edəcəyik”.
Toni Çarouz: Pol və komandası ilə qurduğumuz bu tərfədaşlığa görə qürurluyuq. PHM yeni qurulsa da, Formula4-də peşəkar və güclü ola biləcəklərini göstərdilər. Ümid edirəm ki, F3 və F2-də də eyni uğuru göstərərlər”.