F-1.az xatırladır ki, Malayziya şirkəti eyni zamanda Mercedes-in titul sponsorudur.
Petronas şirkətinin marketinq direktoru Jak Şemidlin almaniyalı müştərilərindən razıdır: “Hesablamalarımıza əsasən, məhsullarımız Mercedes-ə 0.2 saniyə qazandırır. Mövsüm ərzində yarışlara çoxlu yeniliklər gətiririk. Mühəndislərimiz bütün yarışlara gedirlər və yüzlərlə test edirlər. İndiyə kimi gördüyümüz bütün işlərdən razıyıq”.