A.Permeyn: “Yeni xəritədən imtina maşının sürətinə təsir etməyəcək”

Biz FİA-nın Barselona testlərində Renault motorları ilə təchiz olunmuş bəzi komandaların tətbiq etdikləri xəritələrə pritenziyasından yazmışdıq. Lotus komandasının baş əməliyyat […]

Biz FİA-nın Barselona testlərində Renault motorları ilə təchiz olunmuş bəzi komandaların tətbiq etdikləri xəritələrə pritenziyasından yazmışdıq. Lotus komandasının baş əməliyyat direktoru Alan Permeyn hesab edir ki, yeni xəritələrin qadağan olunması komandanın rəqabətədavamlılığına təsir etməyəcək…

Alan Permeyn: “Motorun xəritəsinin dəyişdirilməsinin bizim maşınların sürətinə neqativ təsiri barədə peyda olan şayiələr əsassızdırlar. Renault Barselonada həqiqətən motorun sazlanmasının alternativ variantını təqdim etmişdi, variant FİA ilə müzakirə olundu, amma Çarli Uaytinq bildirdi ki, yeni sazlanmalardan istifadə eləmək olmaz.

Kimi yeni sazlanmalarla cəmi 2 dövrə vurdu və çox narazı qaldı. Roman isə testlərin sonuncu günü yağış altında həmin xəritəni yoxladı – quru trasda biz elə keçənilki xəritə ilə işləmişdik.

Yeni variant çox cüzi üstünlük verir, ona görə də onun istifadəsindən imtina edilməsinin bizim maşınların sürətinə hər hansı bir təsirindən danışmaq nonsensdir…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*